Efiopiyada qatar qəzası: 15 nəfər ölüb

21.10.2025

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Afrika ölksi Efiopiyada qatar qəzası olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Efiopiyanın Cibuti sərhədində yerləşən Devele şəhərindən Dire Dava şəhərinə gedən sərnişin qatarı qəzaya uğrayıb.

Məlumata görə, qatar relsdən çıxaraq aşıb: "Nəticədə 15 nəfər hadisə yerində ölüb. 29 nəfər isə yaralanıb"

Lamiyə Əhmədli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью