Efirdə olduğu unudan xəbər aparıcısının çətin anları VİDEO

07.12.2024

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Yekaterina Mazalkovanın başına iş gəlib. 

OXU24.COM  xəbər verir ki, sözügedən kanalda yayımlanan "Vesti Krasnoyarsk" xəbərlər proqramının aparıcısı efirdə olduğunu bir anlıq unudub. 

Həmin anda isə onun başı telefonda "TikTok" video platformasında gülməli videoların birinə qarışıb. 

Telefonu qaldırıb həmin videonu kadrarxasında əyləşən operatorlara göstərdiyi an Mazalkova canlı efirdə olduğunun fərqinə varıb.

Özünü bir anlıq itirən Yekaterina dərhal telefonu yanına qoyub və tamaşaçılarla salamlaşıb. 

Həmin görüntülər isə efirdə anbaan nümayiş olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью