Efirdə özündən çıxdı: Kişidirsə, gəlsin desin ki, mən almışam

13.04.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müğənni Şəbnəm Tovuzlu haqqında yayılan 10 evi olması xəbərinə aydınlıq gətirib.

Milli.Az bildirir ki, sənətçi bu sayda evlərinin olmadığını və heç kəsin ona ev almadığını bildirərək efirdə əsəbiləşib.

"Mənə heç kim ev ala bilməz. Nəyim varsa, özümə qismət. Bu gün heç bir kişi kimliyindən asılı olmayaraq, deyə bilməz ki, mən Şəbnəmə bu evi alıb. Maşınlarımı da, evlərimi də toylarda əziyyət çəkərək özüm almışam. "Kişidirsə, kimsə gəlsin desin ki, mən almışam".

Musa
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью