Efirə birlikdə çıxmaq bizə maddi problem yaradır

16.04.2025

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Aşıq Samirə Əliyeva son vaxtlar həmkarı Əli Tapdıqoğlu ilə efirlərdə görünməməsinin səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi "Həmin Zaur" verişində küsülü olmadıqlarını bildirib:

"Ümumiyyətlə son zamanlar efirlərdə görünmürəm. Bayram çəkilişlərində birlikdə iştirak etdik. Məni bu verilişə dəvət edəndə də dedim ki, tək çağırın. Zaur soruşdu ki, küsmüsünüz? Yox, biz Əli ilə hər yerə birlikdə gedəndə insanlar elə başa düşür ki, toylara, tədbirlərə ancaq birlikdə gedirik. Bu da bizə maddi problem yaradır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью