“Efirə girən kimi Elgiz soruşur: subaysan, evlisən?" VİDEO

21.04.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


Aktyor Fərda Amin aparıcı Elgiz Əkbəri parodiya edib.

Bakupost.az xəbər verir ki, aktyor “Stand up” şousundan bir parçanı sosial media hesabında paylaşıb.

O, çıxışında “Elgizlə izlə” verilişinin formatını yumoristik şəkildə belə təsvir edib:

“Yeganə veriliş Elgizin verilişidir ki, 40 dəqiqəyə ancaq açılır. Heç özü də bilmir verilişdə nə baş verəcək. Verilişi açırsan, görürsən iki avtobus adam oturub. Elə adamlar var ki, saat yarım keçir, Elgiz deyir: sən də burdaydın? Səsini niyə çıxarmırsan? Adam çoxdur axı, Elgiz nə etsin? Bir də görürsən, iştirakçı içəri girir, deyir oxumaq istəyirəm. Elgiz soruşur: subaysan, evlisən? Adam deyir evliyəm, Elgiz də deyir, bir şey, mir şey var?”.

Yasəmən



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью