Efirə iynə vurdurub gəlmişəm, ağrıyıram

03.11.2026

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əməkdar artist Səlim Abbasov futbol oynayarkən zədələnib.

Axşam.az xəbər verir ki, bu barədə skripka ifaçısı "Xəzər axşamı" verilişində danışıb. O, dostları ilə matç zamanı komanda üzvlərindən biri ilə toqquşduğunu bildirib:

"Kürəyim və boynum ağrıyır. Gecəni səhərə qədər yatmamışam. Həkim çağırdım, iynə vurdu. Səhər də o vəziyyətdə konservatoriyaya dərsə getdim. Efirə də iynə vurdurub gəlmişəm. İndi də ağrı var, amma çalışıram ki, fikrimi ora verməyim".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью