“Efirlər reytinq və şou üçün işləyirlər, arzularım övladımla bağlıdır” Əməkdar artistdən ETİRAF

01.02.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Efirlərə çox az-az çıxıram. Hər zaman dəvət edirlər. Amma seçəcəyim, gedəcəyim verilişlər çox azdır. Bu gün bir az efirlərimiz reytinq, şou üçün işləyirlər. Yaxşı verilişlərimiz də var. Bu günlərdə Arb televiziyasında Dilarə Əliyevanın “Söhbət var” verilişində qonaq oldum. Sevə-sevə sənət yoldaşlarımla birlikdə iştirak etdim. Hər kanalda sevdiyim verilişlər var. Çox böyük səbirsizliklə Nanə Ağamalıyevanın “Nanəli” verilişini gözləyirik. Bilirsiniz ki, bu veriliş vasitəsilə Azərbaycan musiqisinə gözəl nəğmələr bəxş olunur”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Almaz Orucova deyib. O daha sonra arzularından danışıb:


“Mənim arzularım çoxdur. Bəzən ən kiçik bir istəklər belə sən xoşbəxt ola bilirsən. Mənə elə gəlir ki, hər kəsin arzuları övladları ilə bağlıdır. Övladımın istəklərinin, arzularının həyata keçməsi mənim üçün çox vacibdir. Ailə üzvlərimin sağlam olması, onların arzularının reallaşması mənim üçün xoşbəxtlikdir. Dünyamız salamat olsun. Bu gün əgər mənim əzizimin bir problemi varsa, bu bötüv xoşbəxtlik sayılmır. Ən böyük xoşbəxtlik də qəlbinin saflığı, insanlara xoş münasibətdir. Heç kəs deyə bilməz ki, bötüv xoşbəxtlik yaşayıb. Şəxsən mən bilmirəm bütöv xoşbəxtlik  nə deməkdir? İnsanın sabah üçün niyyətləri, arzuları çoxdur. Yetər ki, bunlar düzgün olsun. Təbii ki, mən də övladımın arzuları ilə xoşbəxtəm. Bizim kənardan baxıb, xoşbəxt saydığımız elə ailələr var ki, onların bilmədiyimiz qədər yükləri, dərdləri var...

Kənardan baxanda hər şey o qədər rahat görünür ki. Xoşbəxtlik varla, pulla ölçülmür. Arzu etmişəm ki, huzurlu, rahat həyatım olsun. Rahat yatım, rahat durum. Heç kəsin varına, puluna həsəd aparmamışam. Bu yaxınlarda sənət yoldaşım Sahib İbrahimovla ziyalı bir məclisində oldum. Orada ziyalılar, elm adamları iştirak edirdi.

Orada hər kəs mənim ünvanıma çox gözəl sözlər dedilər. Bunu mən özüm üçün həqiqətən də xoşbəxtlik sayıram. Bu mənə verilən dəyər və mükafatdır” deyə sənətkar bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью