Efirlərdən yığışmayan gəlin qayınana davaları | Icma.az
Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.
Son vaxtlar efirlərə baxanda elə təəssürat yaranır ki, ölkədə bütün ailə problemləri bir mövzuda cəmlənib: gəlin-qayınana münasibətləri.Kim studiyaya çıxıb əlinə mikrofon alırsa, fərqi yoxdur - psixoloq, sənət adamı, müğənni - hamı ucdantutma ailə mütəxəssisinə çevrilir.Cümlələr də tanışdır, elə bil əvvəlcədən razılaşdırılıb, hətta ilk baxışda görürsən ki, avazları yaxşı gəlir, amma oxuduqları “Quran”dırmı?...
Son dövrlərin populyar olan insani münasibətlərdə sərhədlər mövzusunu da əldə bayraq edib hamı ekspertə çevrilib: “Azadlıq olmalıdır”, “Qarışmaq olmaz”, “Hər kəsin öz sərhədi var”.Amma bu qədər “düzgün” səslənən sözlərin içindən qəribə bir boşluq boylanır.
Çünki efirdə danışılanlarla reallıqda yaşananlar üst-üstə düşmür. Danışılan azadlıq çox vaxt şərtli azadlıqdır.
Azadsan, amma nəyi nə vaxt edəcəyin başqalarının rahatlığına görə ölçülür. Rahat ola bilərsən, amma ailənin “narazı qalacağı” həddə yox.
Bu azadlıq deyil, sadəcə köhnə nəzarətin yumşaldılmış variantıdır.Bu yaxınlarda bir müğənni də ailədə hegemon olmadığını deyib, amma ardınca söylədikıəri nədənsə o iddiası ilə üst-üstə düşmür.
Həmin müğənninin sözlərini olduğu kimi yazıram: “Hamı elə bilir ki, mən hegemon biriyəm, gəlinlə yola getmərəm.
Gəlin necə istəyir, elə də yaşasın. Hələ gəlinim yoxdur, olanda da onun işinə qarışmaram.
Tam oxu
Xəbəri oxu