Efirlərimizdə ləhcələşmə yayılır Vitse spikerdən TV lərə İRAD

08.12.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Efirlərimizdə ləhcələşmə yayılır. Bu hallar olmamalıdır. Dilimizi yüksəltmək, təkan vermək lazımdır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perpsektivlər" mövzusunda konfransda Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov çıxışı zamanı deyib.

O əlavə edib ki, ölkə başçısı dilimizin çağdaşlaması istiqamətində çağırış edirsə, bu, bizim gördüyümüz və görmədiyimiz həqiqətlərin olması deməkdir.

"Güman edirəm ki, istər təhsil müəssisələri, media nümayəndələri, istərsə də ictimai fiqurlar bu istiqamətdə addımlar atacaq", - Rafael Hüseynov bildirib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью