Əfqan Cəlilov Taleh Ziyadova qarşı Məhkəmə

13.02.2025

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, QSC ilə bağlı iddianı “Dövlət Dəniz və Liman Agentliyi” qaldırıb. İşin mahiyyəti açıqlanmır. İş Bakı Kommersiya Məhkəməsində baxılacaq. 4 mart tarixində hakim Nərmin Əhmədovanın sədrliyi ilə hazırlıq iclası baş tutacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş Direktoru Ziyadov Taleh Məhəmməd oğludur.
İddianı qaldıran “Dövlət Dəniz və Liman Agentliyi”nin İdarə Heyətinin sədri vəzifəsini icra edən şəxs isə Əfqan Cəlilovdur.

Tərəfləri dinləməyə hazırıq.
Gülşən

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью