Əfqan Cəlilovun gəlişindən sonra ASCO da ixtisarlar 1 448 nəfərə çatıb

08.09.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AZCON Holdinq şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 2026-cı ilin ilk yarısında işçilərin sayı kəskin azalıb.

Məlumata görə, 2025-ci ilin sonunda şirkətdə 7 482 nəfər çalışdığı halda, 2026-cı ilin iyunun sonuna bu göstərici 6 034 nəfərə enib.

Beləliklə, altı ay ərzində ASCO-da işçilərin sayı 1 448 nəfər və ya 19,4% azalıb. Başqa sözlə, şirkət əməkdaşlarının təxminən hər beş nəfərindən biri işçi heyətindən çıxıb.

İxtisarların ilin ikinci rübündə də davam etdiyi görünür. Belə ki, 2026-cı ilin I rübünün sonunda ASCO-da 6 315 nəfər çalışıb. Aprel-iyun aylarında işçilərin sayı daha 281 nəfər və ya 4,5% azalıb. 

Maraqlıdır ki, işçi sayının təxminən beşdəbir azalmasına baxmayaraq əməkhaqqı xərclərində eyni miqyasda azalma baş verməyib. 2025-ci ilin ilk yarısında əməkhaqqı xərcləri maya dəyəri və inzibati xərclər üzrə birlikdə təxminən 81,3 mln manat, 2026-cı ilin ilk yarısında isə təxminən 80,5 mln manat təşkil edib. Yəni işçi sayı illik 21,8% azaldığı halda əməkhaqqı xərcləri cəmi təxminən 1% azalıb.

Qeyd edək ki, ASCO-nun İdarə heyətinin sədri Əfqan Cəlilovdur. O, bu ilin yanvar ayında sözügedən vəzifəyə təyin edilib. (Plat.az)

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью