Əfqan hakimiyyəti ölkədə internet qadağası qoyulmasını təkzib edib

01.10.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Hazırda Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı internetin qadağan edilməsi ilə bağlı ittihamları rədd edib.


Missiya.Az xəbər verir ki, bu barədə Taliban sözçüsü Zabihullah Mücahid internetin kəsilməsini zədələnmiş fiber-optik kabellərin dəyişdirilməsi üçün aparılan təmir işləri ilə əlaqələndirib və internet xidmətinin nə vaxt bərpa olunacağı ilə bağlı heç bir müddət verilməyib.

"Bizim internetə qadağa qoymağımız heç bir əsası olmayan şayiədir",-hərəkatdan bildirilib.

Qeyd edək ki, bu təkcə zəlzələdən sonra BMT və onun tərəfdaşlarının işinə deyil, həm də səhiyyə proqramlarına, bank və maliyyə xidmətlərinə təsir edir.

İlahə Qənbərli
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью