Əfqan İsayev: SOCAR hazırda IPO barədə düşünmür

29.08.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hazırda ilkin kütləvi yerləşdirmə (IPO) haqqında düşünmür".

Oxu.Az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Euronews"a müsahibəsində bildirib.

O qeyd edib ki, şirkət müəyyən aktivləri satır:

"Keçən il biz "Şahdəniz" layihəsinin 5 %-ni enerji bazarının qlobal oyunçularından biri olan "MVM Energy" şirkətinə satdıq. Digər nümunə "Abşeron" qaz yatağıdır ki, burada SOCAR və "TotalEnergies" səhmdarlardır. 2023-cü ildə "Total" və SOCAR səhmlərinin bir hissəsini Əbu Dabi Milli Neft Şirkətinə satıb".

Əfqan İsayev aktivlərin alınması imkanlarından danışaraq bildirib ki, ötən il şirkət BƏƏ-də qaz yatağında pay alıb:

"Bu il sövdələşməni tamamladıq və Aralıq dənizinin şərqindəki "Tamar" yatağında pay əldə etdik. Bu, beynəlxalq inkişaf strategiyamızın mühüm hissəsidir. Təbii ki, qarşılıqlı faydalı yeni imkanlar yaranarsa, növbəti alışları nəzərdən keçirəcəyik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью