Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Otuz bir əfqan miqrant deportasiya olunub
Almaniya hökuməti 31 əfqan miqrantı öz ölkələrinə geri göndərib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyinin məlumatında onların hamısının kişi olduğu bildirilib.
Həmin şəxslər Lepysiq-Kabul çarter reysi ilə yola salınıblar. Onların böyük əksəriyyəti ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslər olublar.
Daxili işlər naziri Aleksander Dobrindt Əfqanıstana deportasiyaların ardıcıl davam edəcəyini, cəmiyyətin təhlükəsizliyini təhdid edən şəxslərə Almaniyada yer olmadığını vurğulayıb.