Əfqan Nifti: ABŞ nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir

11.06.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaşinqton, 11 iyun, AZƏRTAC

Son illərdə ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna böyük maraq göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Xəzər Siyasət Mərkəzinin baş icraçı direktoru Əfqan Nifti deyib.

O bildirib ki, həm enerji, həm texnologiyalar, həm də kritik minerallar sahəsində ABŞ-nin Mərkəz Asiyaya və Qafqaza marağı artır.

“Bu çərçivədə həm də regionun ABŞ ilə əməkdaşlığının şaxələndiyini görürük. Mən xüsusilə keçən ilin avqust ayında Prezident Trampın qonaqpərvərliyi ilə burada baş tutan Azərbaycan və Ermənistan liderlərinin görüşünü və onun C5 formatında Mərkəzi Asiya ölkələri rəhbərlərini Vaşintonda qəbul etməsini qeyd etmək istərdim. Bunlar onu göstərir ki, Amerikanın regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir. Eyni zamanda, vitse-prezident Cey. Di. Vensin Azərbaycana səfərini xüsusi vurğulamaq lazımdır. Biz, Amerika ictimaiyyətinə göstərmiş olduq ki, bu regiondakı bir çox layihələrin, investisiyaların həyata keçməsi üçün Azərbaycanın Orta Dəhlizdə oynadığı rol çox vacibdir və inanırıq ki, yaxın illər ərzində də bu maraq davam edəcək”, - deyə o əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью