Əfqanıstan qadınları haqda sənədli film çəkdi Video

24.11.2024

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Amerikalı məşhur aktrisa Cennifer Lourens Əfqanıstan qadınları haqqında sənədli film hazırlayıb.

Axşam.az xəbər verir ki, sənətçinin ailəsi ondan bu fikirdən daşınmağı xahiş edib.

Lourensin sözlərinə görə, yaxınları "Çörək və qızılgüllər" adlı layihəsinin aktrisanın həyatını təhlükəyə ata biləcəyi üçün ekran işindən imtina etməyə çağırıblar.

Lakin Cennifer həyatı təhlükə altında olan 20 milyon qadın olduğu üçün layihədən imtina etməyib.

Lourens siyasətlə məşğul olmağa çalışmadığını vurğulayıb, lakin etiraf edib ki, onun filmi siyasətçiləri Əfqanıstandakı vəziyyətə müdaxilə etməyə sövq edə biləcək.

Qeyd edək ki, film üzərində Lourensdən başqa rejissor Sahra Mani və fəal Malala Yusufzay çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью