Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının xatirəsini yad etmək məqsədilə ölkənin Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb.
Bu barədə 525.az-a Əfqanıstan səfirliyindən məlumat verilib.
Kitabı imzalamaq üçün cümə axşamı sentyabrın 4-ü saat səhər saat 10.00-dan axşam saat 16.00-a dək səfirliyin Badamdar qəsəbəsində yerləşən binasına gəlib təziyələrini bildirmək mümkündür.
Pərvanə Sultanova