Əfqanıstan Tacikistan sərhədində atışma 4 ölü | Icma.az
Icma.az, 525.az portalına istinadən məlumat yayır. Əfqanıstan-Tacikistan sərhədində insident yaşanıb.
525.az xəbər verir ki, bu barədə Tacikistan Sərhəd Mühafizə Birliyi məlumat yayıb.
Bildirilib ki, Əfqanıstandan ölkəyə qeyri-qanuni yollarla girməyə cəhd edən silahlı şəxslərlə Tacikistan sərhəd təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.
İnsident zamanı 4 silahlı dəstə üzvü öldürülüb, onlara məxsus çoxlu sayda silah-sursat hadisə yerində ələ keçirilib.
Açıqlamada sərhəddə təhlükəsizliyin təmin olunduğu və hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
Qeyd edək ki, bu, son iki ayda Tacikistan-Əfqanıstan sərhədində sərhəd təhlükəsizlik qüvvələri ilə ölkə ərazisinə qeyri-qanuni soxulmağa cəhd edən silahlı dəstələr arasında üç toqquşmadır.
İbrahim Cəfərov Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu