Əfqanıstanda bank PARTLADILDI: Azı beş nəfər ölüb

11.02.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əfqanıstanın Künduz vilayətində bankda güclü partlayış baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə "Shamshad" portalı məlumat yayıb.

Qeyd olunur ki, partlayış insanlar maaş almaq üçün "Kabul Bank"ın qarşısına toplaşarkən baş verib.

Hadisə nəticəsində azı beş nəfərin öldüyü, yeddi nəfərin yaralandığı bildirilir.

Əfqanıstan polisi hadisəni terror aktı kimi qiymətləndirib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью