Əfqanıstanda bir ildə minalar və partlamamış sursatlar 87 nəfərin ölümünə səbəb olub

04.02.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 4 fevral, AZƏRTAC

Əfqanıstanda 2025-ci il ərzində mina və partlamamış hərbi sursatların partlaması nəticəsində azı 87 nəfər həlak olub, 333 nəfər isə yaralanıb.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə Halların İdarə Edilməsi Qurumu məlumat yayıb. Bildirilib ki, il ərzində mina və partlamamış sursatlarla bağlı 193 partlayış hadisəsi qeydə alınıb.

BMT Əfqanıstanı mina və partlamamış sursatlar səbəbindən ən çox itki qeydə alınan ölkələr sırasında dünyada üçüncü yerdə göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью