Əfqanıstanda dəhşətli yolnəqliyyat hadisəsi 52 nəfərin həyatına son qoyub

19.12.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əfqanıstanda, Kabil-Qəndəhar yolunda baş verən ardıcıl iki yol-nəqliyyat hadisəsi nəticəsində 52 nəfər həyatını itirib, 65 nəfər müxtəlif dərəcəli xəsarəti alıb.

Oxu.Az Əfqanıstan KİV-ə istinadən xəbər verir ki, "Taliban" hökumətinin sözçüsü Həmdullah Fitrət də faktı təsdiq edib.

Qeyd olunur k, hər iki sərnişin avtobusu yanacaq daşıyan tankerlərlə toqquşub.

Qəzalarda ölənlərin sayının artacağı istisna edilmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью