Əfqanıstanda dəhşətli zəlzələ: 500 nəfər həlak oldu

01.09.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb.

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb.

Yaralıların sayının min nəfəri keçdiyi vurğulanıb.

***

09:02

Əfqanıstanda 6 bal gücündə zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ Əsədabad şəhərindən 34 km cənub-qərbdə baş verib.

Zəlzələ ocağı Yerin 10 km dərinliyində yerləşib.

Dağıntılar 250 nəfərin həyatına son qoyub. Çoxlu sayda yaralıların olduğu bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью