Əfqanıstanda faciə: 35 nəfər uçqun altında qaldı

15.12.2024

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əfqanıstanın şimalında yerləşən Səməngan vilayətinin Dara-Sof rayonunda kömür mədəninin uçması nəticəsində azı 35 nəfər uçqun altında qalıb.

Axar.az xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

Məlumata görə, uçqun dekabrın 14-də gecə saatlarında baş verib.

Hazırda uçqun altında qalanların taleyi bəlli deyil.

Hadisə yerinə tibbi briqadalar və təcili yardım maşınları göndərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью