Əfqanıstanda güclü yağışlar can alır 2 uşaq öldü

07.08.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Əfqanıstanın Quner əyalətində leysan yağışları və daşqınlar nəticəsində iki uşaq ölüb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, çoxlu sayda evlərə, əkin sahələrinə və infrastruktura ziyan dəyib.

Əfqanıstan Təbii Fəlakətlərin İdarə Olunması Agentliyinin çərşənbə günü yaydığı açıqlamaya görə, əyalətin bəzi hissələrinə təsir edən leysan yağışlar və daşqınlar nəticəsində çoxlu sayda ev, əkin sahələri, körpülər və su kanalları tamamilə dağılıb və ya ciddi ziyan görüb.

Daşqından zərər çəkmiş ərazilərdə vəziyyəti qiymətləndirmək üçün əraziyə yoxlama qrupları göndərilib.

Gülay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью