Əfqanıstanda güclü zəlzələ oldu

25.02.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əfqanıstanın Bədəxşan vilayətində 5,7 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, yerli vaxtla saat 16:12-də baş verən zəlzələnin ocağı 67 km dərinlikdə meydana gəlib.

Məlumata görə, yeraltı təkanlar Özbəkistan ərazisində də hiss olunub.

Surxandərya vilayətində zəlzələnin gücü 2 bala qədər olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью