Əfqanıstanda güclü zəlzələ oldu

25.10.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əfqanıstanın Hindukuş dağlıq rayonunda 5,2 maqnitudalı zəlzələ baş verib.

Axar.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri əhalisi təxminən 161 min nəfər olan Qunduz şəhərindən 206 km şərqdə yerləşib.

Zəlzələnin ocağı 104 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью