Əfqanıstanda internet bağlantısı tam bərpa edilib

06.10.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Əfqanıstanda internet bağlantısı tam və geniş şəkildə bərpa edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Kabildəki səfirliyindən məlumat verilib.

"İnternet bağlantısı oktyabrın 1-də tam və geniş şəkildə bərpa edilib", - diplomatik nümayəndəlikdən bildiriblər.

Bundan əvvəl Əfqanıstan KİV-ləri məlumat vermişdilər ki, Əfqanıstan İslam Əmirliyinin ali lideri Haybətullah Axundzadə “"mənəvi dəyərlərə zidd davranışların qarşısını almaq" məqsədilə bir neçə regionda simli internetin qadağan edilməsi barədə göstəriş verib.

Rəsmilər bu qərarın dövlət xidmətlərinin işinə mane olduğunu bildiriblər.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью