Əfqanıstanda kömür mədənində partlayış: 7 ölü, 2 yaralı

21.05.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Əfqanıstanın şimalındakı Samangan vilayətində yerləşən kömür mədənində baş verən partlayış nəticəsində 7 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.
Xalqcebhesi.az Kabil mərkəzli Ariana televiziya kanalına istinadən xəbər verir ki, Samangan Polis İdarəsi Dar-e-Suf Payin bölgəsindəki kömür mədənində partlayış baş verdiyini açıqlayıb.
Partlayış nəticəsində 7 mədənçi həyatını itirib, yaralanan 2 mədənçi isə xəstəxanaya yerləşdirilib.
Samangan Polis İdarəsinin sözçüsü Həşmətullah Rəhmani jurnalistlərə açıqlamasında partlayışın mədəndə toplanan metan qazı səbəbilə baş verdiyini bildirib.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью