Əfqanıstanda kömür mədəninin çöküb: 6 işçi həlak olub

23.07.2025

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əfqanıstanın şimalındakı Baqlan vilayətində kömür mədəni çöküb. Təbii fəlakət nəticəsində 6 işçi həlak olub, 12 nəfər yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, Əfqanıstan hökumətinin Bəxtər xəbər agentliyinin məlumatına görə, əyalətdəki Karkar kömür mədəni dünən çöküb.
Uçqun nəticəsində 6 işçi həlak olub, 12 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью