Əfqanıstanda məktəbdə partlayış olub, 6 nəfər ölüb, 97 nəfər xəsarət alıb YENİLƏNİB

28.11.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əfqanıstanın Kunar vilayətində məktəbdə baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb.

“Al-Jazeera”nın xəbərinə görə, hadisə nəticəsində 97 nəfər xəsarət alıb.

Tələfat sayının arta biləcəyi istisna olunmur.

***

12:16

Əfqanıstanın kunar vilayətində məktəbdə partlayış baş verib.

“Reuters”in xəbərinə görə, bu barədə vilayətin informasiya və mədəniyyət üzrə məsul şəxsi məlumat verib.

İnsan tələfatı və partlayışın səbəbi ilə bağlı əlavə detal verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью