Əfqanıstanda qadınlarla bağlı daha bir qadağa

30.12.2024

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əfqanıstanda binaların pəncərələrindən qadınların görünəcək şəkildə yaşayış binaları tikmək qadağan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb. 
Ölkənin ali lideriHeybatullah Axundzadə qadınlara evlərin pəncərəsindən baxmağı qadağan edən və qadınların görünməməsi üçün yeni ev layihəsi ilə bağlı fərman imzalayıb.
Fərmana əsasən yeni tikiləcək evlərin pəncərələri qonşunun həyətinə, mətbəxinə, yataq otağına, eləcə də qadınların oturduğu digər yerlərə baxmamalıdır.
Qonşunun həyətinə baxan pəncərənin hündürlüyü elə tikilməlidir ki, oradan baxdıqda qadınları görmək mümkün olmasın.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью