Əfqanıstanda qar uçqunu 3 ölü

17.02.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Əfqanıstanın qərbində yerləşən Qor əyalətində qar uçqunu nəticəsində üç nəfər ölüb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalət polisinin nümayəndəsi Əbdül Rəhman Bədri məlumat verib.

Onun sözlərinə görə, polis əməkdaşları onların meyitlərini taparaq ailələrinə təhvil veriblər.

Son bir neçə həftə ərzində ölkənin şimalında yerləşən Bədəxşan və Fəryab əyalətlərində analoji hadisələr nəticəsində ən azı beş nəfər həyatını itirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью