Icma.az, Ayna saytına istinadən bildirir.
Bir nəfər ölüb, 10 nəfər yaralanıb
Əfqanıstanın şimalındakı Bağlan əyalətində qar uçqunu baş verib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Əfqanıstanın Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsinin məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb,10 nəfər isə yaralanıb.
Xilasetmə qrupları qar fırtınasında köməksiz qalan təxminən 60 nəfəri xilas edərək onları yaxınlıqdakı hotellərə yerləşdiriblər.
Əfqanıstanda ölkə ərazisində davam edən qar və şaxtalı hava şəraiti nəticəsində ümumilikdə 11 nəfərin həlak olduğu təsdiqlənib.