Icma.az, 525.az saytına istinadən bildirir.
Əfqanıstanın Təhar əyalətindəki mədəndə tunel çöküb.
525.az yerli mediaya istinadən xəbər verir ki, çökmə Samti bölgəsindəki qızıl mədənində baş verib.
Təhar polisinin sözçüsü Nəqibullah Məsrur 10 fəhlənin dağıntılar altında qaldığını bildirib. Onun sözlərinə görə, əraziyə axtarış-xilasetmə qruplarının göndərilib.
Lakin dağıntılar altında qalmış fəhlələrin vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib.
İbrahim Cəfərov