Əfqanıstanda şiddətli zəlzələ oldu

16.04.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əfqanıstanın şimal-şərqində, Pakistanla sərhədin yaxınlığında 6,2 bal gücündə zəlzələ olub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Pakistan sərhədindən təxminən 14 km aralıda, Əfqanıstanın Əsədabad şəhərindən 89 km şimalda yerləşib.

Episentrdəki silkələnmələrin intensivliyinə görə zəlzələ "dağıdıcı" kimi qiymətləndirilib.

Qeyd edək ki, ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6 olaraq qiymətləndirib. Qurumun məlumatına görə, zəlzələnin ocağı 99 km dərinlikdə yerləşib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью