Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Taliban lideri Hibətullah Axundzadə qruplaşmanın üzvləri və dövlət qulluqçuları üçün smartfon istifadəsini qadağan edən fərman verib. Oxuməni.az xəbər verir ki, bu barədə London mərkəzli "Afghanistan International" telekanalı sənədə istinadən məlumat yayıb.
Sənədin mətnindən aydın olur ki, qadağanı pozanlar hərbi məhkəməyə veriləcək. Onları hansı cəzanın gözlədiyi isə məlum deyil. Hərbi məhkəmə işçilərinə həmçinin dövlət qulluqçuları arasında smartfon qadağasına əməl olunmasına nəzarət etmək tapşırılıb. Bu məqsədlə nəzarətə cəlb olunan bütün şəxslərin adları, vəzifələri, xidmət yerləri, həmçinin mobil operatorlar və telefon nömrələri barədə məlumatları olan siyahı tərtib edilib.
"Afghanistan International"ın məlumatına görə, bir neçə gün əvvəl Əfqanıstanın məktəb və mədrəsələrində smartfon istifadəsi qadağan edilib. Ali təhsil naziri smartfonları "müsəlmanların üç əsas düşmənindən biri" adlandırıb.
Almaz Həsənli