Əfqanıstanda sosial şəbəkələrdə və mətbuatda insan və heyvan şəkillərinin dərci qadağan edilib

07.06.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əfqanıstanın Laqman əyalətinin idarəetmə qurumları canlı varlıqların şəkillərinin kütləvi informasiya vasitələrində dərcini qadağan ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistika Mərkəzi (AFJC) məlumat yayıb.

Qeyd olunur ki, məhdudiyyət həm fiziki şəxslərə, həm də sosial mediada fotonu dərc edənlərə şamil edilir.

Mərkəzdən bildirilir ki, hakimiyyət məzmuna nəzarətin əhatə dairəsini genişləndirməkdə davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью