Əfqanıstanda törədilən partlayış nəticəsində Taliban hökumətinin naziri ölüb

11.12.2024

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində "Taliban" hökumətinin qaçqınlar üzrə naziri Xəlil Rəhman Haqqani həyatını itirib.

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Bildirilib ki, partlayış Qaçqınlar Nazirliyində baş verib və hadisə vaxtı Xəlil Rəhman Haqqani də orada olub.

Hələlik hadisəni təfərrüatı barədə məlumat verilmir.

Məlumat üçün əlavə edək ki, həyatını itirən Xəlil Rəhman Haqqani Əfqanıstanın daxili işlər naziri və "Taliban"ın ali lideri hesab olunan Heybətulla Axundzadənin "sağ əli" hesab olunan Siracəddin Haqqanin yaxın qohumudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью