Əfqanıstanda yol qəzası: 52 nəfər ölüb 80nə yaxın yaralı var

19.12.2024

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əfqanıstanın Qəzni əyalətində iki ağır yol qəzası baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə ümumilikdə 52 nəfər ölüb, 80-nə yaxın yaralanıb.

Əfqanıstan  rəsmiləri bildiirib ki, hadisə ötən gecə Qəzni əyalətinin mərkəzinin Şahbaz rayonunda və Andar rayonunun Nani rayonunda baş verib: "Hər iki yol-nəqliyyat hadisəsi paytaxt Kabili cənubundakı Qəndəhar əyaləti ilə birləşdirən əsas yolda baş verib. Belə ki, hadisənin birində sərnişin avtobusu neft tankeri ilə, digərində isə sərnişin avtobusu yük maşını ilə toqquşub. Faktla bağlı araşdırma başlayıb".

Firudin Səfərli
MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью