Əfqanıstanda yol qəzası olub, ölənlər və yaralananlar var

20.04.2025

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Əfqanıstanın şimalındakı Baqlan əyalətinin Salanq aşırımında yol qəzası baş verib.

“Report” xəbər verir ki, bu barədə “Xinxua” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, yük maşınının sürücüsü idarəetməni itirib, avtomobil dörd nəqliyyat vasitəsinə çırpılıb.

Salanq Xidmət İdarəsinin rəisi Fəzal Rəbinin sözlərinə görə, hadisə nəticəsində iki sərnişin yerindəcə ölüb, 11 nəfər yaralanıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью