Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son günlərdə Əfqanıstanda baş verən dağıdıcı zəlzələlərdən sonra Talibanın nəzarətində olan xilasedici qüvvələr yalnız kişiləri dağıntılar altından çıxarıb.
Qadınlar isə talib interpretasiyasına görə köməksiz buraxılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" yazıb.
Nəşrin məlumatına görə, taliblərin sərt dini baxışları kişilərin ailə üzvü olmayan qadınlara toxunmasını, hətta fövqəladə vəziyyətlərdə belə, yasaqlayır.
Nəticədə xilasedicilər kişiləri və uşaqları xilas ediblər, amma qan itirən qadınlar və yeniyetmə qızlara toxunmayıblar.
Kunar vilayətində xilasedici komandanın könüllüsü bildirib ki, qadınların dağıntılar altından çıxarılması ilə bağlı tərəddüd ediblər.
Komanda yalnız kişilərdən ibarət olduğuna görə yaralı qadınlar daşların altında qalıb, onların kəndlərdən gələcək qadınlar tərəfindən çıxarılması gözlənilib.
Özü dağıntılar altından çıxaran qadınlara isə tibbi yardım göstərilməyib.