Əfqanıstanın şimalında məsciddə partlayış baş verdi

14.02.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Əfqanıstanın şimalında yerləşən Samanqan əyalətinin inzibati mərkəzi olan Aybak şəhərində məsciddə partlayış baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə Əfqanıstanın 1 TV News telekanalı yerli hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, cümə namazı zamanı iki yerli sakin məscidə partlayıcı qurğu yerləşdirib. İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью