Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, açıqlama Pakistan və Əfqanıstanın sərhəddə baş verən şiddətli toqquşmalardan sonra atəşkəs barədə razılığa gəlməsindən bir neçə gün sonra verilib. İstanbuldakı danışıqların məqsədi Dohada əvvəllər əldə edilən atəşkəsi həyata keçirmək üçün uzunmüddətli mexanizm hazırlamaqdır.
"Bizim bir seçimimiz var: razılaşma əldə edilməsə, onlarla açıq müharibəyə başlayacağıq. Amma mən onların sülh istədiyini gördüm", - deyə Asif Pakistandan televiziya ilə yayımlanan çıxışında bildirib.
Nazir bildirib ki, razılaşmanın imzalanmasından sonra tərəflər heç bir insident yaşamayıb və atəşkəs şərtlərinə riayət edirlər.
Ölkələr arasında toqquşmalar bu ayın əvvəlində İslamabadın Talibanı Əfqanıstan ərazisindən istifadə edərək Pakistana hücum etməkdə ittiham etməsi ilə başlayıb. Pakistan Hərbi Hava Qüvvələri sərhəd bölgələrində hava hücumları təşkil edib və bu da hər iki tərəfi zərbələr endirməyə vadar edib. Nəticədə onlarla insan həlak olub və ölkələr arasında bir neçə əsas keçid bağlanıb. Pakistan iddia edir ki, Kabil onun qoşunlarına hücum edən yaraqlıları sığınacaq verir. Əfqanıstan hakimiyyəti ittihamları rədd edir.
Qadir, Bizimyol.info