Əfran İsmayılov: Fürsətlərdən yararlana bilmədik

25.01.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Qarabağ" UEFA Avropa Liqasındakı bütün oyunlarını yüksək səviyyədə keçirib". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın məşqçisi Əfran İsmayılov deyib.

36 yaşlı mütəxəssis Ağdam klubunun Bakıda Rumıniyanın FCSB komandasına qarşı keçirdiyi Liqa mərhələsinin VII tur matçı ilə bağlı fikirlərini bölüşüb:

"Juninyo "Flamenqo"ya keçib. Buna baxmayaraq yenə yaxşı oynadılar, qol şansları yaratdılar. Bəxt amili bir az rol oynadı. Üç küncdən zərbədən qol buraxmaq acıdır. Amma "Qarabağ" komanda şəklində yaxşı oyun sərgiləyir, yaxşı hücumlara çıxırlar".

"Qarabağ"ın sabiq futbolçusu "süvarilər"in əvvəlki qarşılaşmalarına da toxunub: "Ayaks", "Tottenhem" və digərlərinə qarşı həqiqətən yüksək səviyyədə oynayıblar. Lakin əllərinə düşən şanslardan maksimum istifadə edə bilsəydilər, indi bəlkə də növbəti mərhələ haqqında düşünürdülər. Amma fürsətlərdən yararlana bilmədik".

Qeyd edək ki, "Qarabağ" FCSB-yə 2:3 hesabı ilə uduzub. Beləliklə, Azərbaycan çempionu növbəti mərhələ şansını itirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью