Əfran İsmayılov: həm məşqçi, həm də məsləhətçi

02.01.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılovun 2-ci liqa klubunda işə başlamasıyla bağlı xəbərlər yayılıb.

Belə ki, “Şəfa” müşavir postunu Əfran İsmayılova tapşırıb. Səbəbkarla əlaqə saxladıq, yayılan məlumatların nə dərəcə doğru olduğunu soruşduq. Onun “Football-plus.az”a cavabı:

“Elə bir şey yoxdu. Bir-iki dəfə görüşümüz olub. Rəhbərlərlə yaxşı münasibətim var, dostlarımdı. Onlarla məsləhətləşmişik və danışmışıq. Elə bir vəzifəm yoxdu. Bəzi məlumatlar soruşublar və mən də kömək itmişəm. Yenə də kömək edəcəm. Əlimdən gələni edəcəm ki, komanda yaxşı yerlərdə olsun. Burda qeyri-adi nəsə yoxdu”.


ƏSƏD SEYİDOV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью