Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılovun başına iş gəlib.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, o, üç gün öncə Dövlət Yol Polisinin əməkdaşları tərəfindən saxlanılıb.
İsmayılovun BMW markalı avtomobili kənar qurğular səbəbi ilə cərimə meydançasına aparılıb.
Amma o, cərimə ödəməyə hazır olsa da, ona heç bir akt və ya protokol verilməyib. “Ayın 1-də Zahid Xəlilov küçəsində yol polisi məni saxladı.
Maşına baxış keçirdikdən sonra dedi ki, səsboğucuda qaynaq var. 3 ildir ki, sürürəm və heç bir problem olmayıb.
Məni apardı cərimə meydançasına. Maşını saxladım və gördüm ki, polis yoxdur.
Yolda gedəndə mənə deyirdi ki, rəisin yanına girərsən, həll edərsən problemini. Mən də onları tanımıram. Kimə yaxınlaşıram, cavab vermir.
Qaldım yağışlı yerdə. İndi yenə avtomobilimi tapa bilmirəm. 102-yə zəng elədim və dedilər ki, cavab verəcəyik. Amma bir cavab çıxmadı.