Əfsanə Almaniyada oynaya bilər

18.11.2024

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Əl İttihad"ın hücumçusu Kərim Benzema karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

News24.az xəbər verir ki, fransalı əfsanənin xidmətində “Verder” maraqlıdır.

Bermen təmsilçisi 36 yaşlı futbolçunu 2 illik müqavilə ilə komandasında görmək istəyir.

Fransa millisinin sabiq üzvünün Səudiyyə Ərəbistanı klubundan ayrılmaq istədiyi iddia olunur.

Qeyd edək ki, Kərim Benzema 2023-cü ilin yayından "Əl İttihad"da çıxış edir. Təcrübəli hücumçu komandanın heyətində meydana çıxdığı 8 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ağa Dadaşzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью