Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son vaxtlar iddiasından xeyli uzaq düşən "Real"ın baskebol komandasının yeni baş məşqçisinin adı açıqlanıb. Madrid klubu italiyalı mütəxəssis Serco Skariolo ilə üçillik müqavilə imzalayıb.
"Football-plus.az" xəbər verir ki, 64 yaşlı məşqçi 1999-2002 aralığlnda “Real”a rəhbərlik edib və İspaniya çempionu titulunu qazanıb. Onun son iş yeri "Virtus Bolonya" olub. Skariolo bu komandaya 2022-ci ildə Avropa kubokunu qazandırıb.
2009-12 aralığlnda və 2015-ci ildən İspaniya millisinin baş məşqçisi işləyən italiyalının dörd (2009, 2011, 2015, 2022) Avropa, bir dünya (2019) çempionluğu da var.