Əfsanə Rüstəmovanın meyiti tapıldı

30.05.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Yuxarı Qarabağ kanalından meyit tapılıb.

"Yeni Sabah" xəbər verir ki, kanalın Ağcabədi rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində qadın meyiti aşkarlanıb.

Meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmova olduğu müəyyən edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. pizza

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır./Report


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью