Əfsanədən daha bir tarixi göstərici

15.01.2025

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Serbiyalı tennisçi Novak Cokoviç tarixi rekorda imza atıb.

Publika.az xəbər verir ki, o, “Böyük Dəbilqə” turnirlərində ən çox oyun keçirən raketka ustası olub. Dünyanın 7 nömrəsi Avstraliya Açıq çempionatının 2-ci turunda portuqaliyalı Xayme Fariyaya (6:1, 6:7 (4:7), 6:3, 6:2) qalib gəlib. Bu, onun belə turnirlərdə 430-cu matçı olub. Cokoviç bu göstəricidə Rocer Federeri (429) üstələyib.

O, cinsindən asılı olmayaraq, Böyük Dəbilqə yarışlarında ən çox çıxış edən tennisçidir. "İlk 5"-likdə Serena Uillyams (423), Rafael Nadal (358) və Venus Uillyams (356) daxildir.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью